Hərbi

Qəhrəmanlarımızı unutmayaq! – FOTOLAR

Sharing is caring!

Vətən Müharibəsi qəhrəmanları… Qürurumuzu dirçəldən, alnımızdakı ləkəni təmizləyən, yurd həsrətimizə son qoyan şəhidlərimiz… “Ya Qarabağ, ya ölüm” deyib çıxdınız zəfər yürüşünə… Oz qəhrəmalığınızla böyük bir tarix yazdınız. Elə bir tarix ki, bu gün bütün dünya ondan heyrətə gəlib. Elə bir tarix ki, əsrlər boyu bütöv bir qəhrəmanlıq salnaməsi kimi hər kəsə örnək olacaq. Qarşınızda baş əyirik!

Pərvin Vüqar oğlu Əlizadə, oktyabrın 21-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

Devran Fazil oğlu Naibov, oktyabrın 8-də Cəbrayıl uğrunda şəadətə yüksəlib.

 

Cahid Vahid oğlu Tağızadə, oktyabrın 3-də Cəbrayılın azad edilməsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

 

Ramil Şakir oğlu Paşayev, oktyabrın 3-də Murovdağ istiqamətində canını fəda edib.

 

Elvin Şamil oğlu Abbasov, noyabrın 10-da Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhadətə yüksəlib.

 

Bərdə rayonundan olan bu cəsur, qəhrəman oğullarımıza Allahdan rəhmət diləyir, xatirələrini daim qəlbimizdə yaşadacağımıza söz veririk. Başın sağ olsun Vətən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir