Hərbi

Federasiya prezidenti,ehtiyatda olan polkovnik Elmar Hüseynovu xəyanətə görə işdən qovdu-Fotofakt

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, xəyanətə görə neçə illərin dostların yolları ayrılmışdır.

Rövşən Quliyev və Elmar Hüseynov

Belə ki,Qarabag Əlil Döyüşçüləri Futbol Federasiyasının amputant futbolçulardan ibarət komandanın Federasiya  Prezidenti Rövşən Quliyevlə,Federasiyada vitse -prezident vəzifəsini tutmuş Elmar Huseynov pul üstündə bir-biri ilə üz-göz olub. Xəbəral.az-ın xəbərinə görə Abşeron icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev ehtiyatda olan polkovnik Elmar Hüseynovu fedarasiyadan qovmuşdur.

Rövşən Quliyev

Şəkildə gördüyünüz bu şəxs Silahlı Qüvvələrin zabiti olmuş, Elmar Hüseynov aldığımız məlumata görə Qarabag Əlil Döyüşçüləri Futbol Federasiyasının amputant futbolçulardan ibarət komandanın guya ayrı-ayrı iş adamları ilə danışığa gedərək buraya sponsorluq edəcəyini , həmçinin həmin iş adamlarını inandıraraq bu yaxınlarda bu Federasiyanın vitse- prezidenlik vəzifəsindən birbaşa rəhbər vəzifəyə keçərək onlarla iş əlaqəsini söz vermiş, bu ssenaridən xəbər tutan, daha dəqiq həmin iş adamlarından biri , Federasiya  Prezidenti Rövşən Quliyevə bunları çatdırmışdır.

Bu baş verənləri belə bir qurumda məhz xəyanətkarlıq kimi qiymətləndirən Federasiya rəhbəri Rövşən  Quliyev  , bu baş verənlərə dair ,  Federasiyada vitse -prezident vəzifəsini tutmuş Huseynov Elmar Etibar oğlunu , idarə heyətinin qərarına əsasən 12.02. 2020 ci il tarixində tutduğu vəzifədən azad etmişdir. Açıqlamasında bildirən Federasiya rəhbəri Rövşən Quliyev, bucür işdən kənarlaşmanı özünə sığışdırmayan Elmar Hüseynovun bu işdənçıxmanı- guya məlum 44 günlük II Qarabağ savaşı dönəmində ön cəbhəyə getməsi ilə izah etdiyini də bildirir. Bu halla bağlı yarana biləcək digər sualları Rövşən  Quliyev bir daha Federasiyaya təsdiqləməsi məqsədilə onun özünün də Federasiyaya yönləndirilməsini bəyan edir.Qeyd edək ki, bu qeyd etdiklərimizi, Federasiya rəhbəri məhz özünün də sahibi olduğu Feyzbook sosial şəbəkəsində də paylaşım etmişdir.

Elmar Hüseynov

Xəbəral.az saytı həmin paylaşımı olduğu kimi sizlərə təqdim edir.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir