Gündəm

Bakıda Hüseynlə görüşdə izdiham – “Park Bulvar”da karantin qaydaları pozuldu – VİDEO

Sharing is caring!

Rusiyada yaşayıb fəaliyyət göstərən məşhur bloqer Hüseyn Həsənovun Bakıda izləyiciləri ilə görüşündə izdiham yaşanıb.

Xəbəral.az-ın xəbərinə görə, görüş “Park Bulvar”-da keçirilib. Bu isə birmənalı qarşılanmayıb. İzdihamın yaranmasını sosial şəbəkədə tənqid edənlər və narazılığını bildirənlər də olub.
 
Videogörüntülərdən aydın olur ki, yüzlərlə insanın qapalı məkanda bir yerə toplaşması ilə ölkədə qüvvədə olan karantin qaydaları kobud şəkildə pozulub. Hələ üstəlik əksəriyyət tibbi maskadan da istifadə etməyib. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir