Gündəm

XALQIN TALEYİNƏ TÖHFƏLƏR VERƏN İNSAN

Sharing is caring!

Cəmiyyətdə qadın üzərinə daima böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq, dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümlü olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib, hətta qərbli həmcinsləri tərəfindən də heyranlıqla qarşılanıblar.
Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqi oldu.

Onun fəaliyyətinin mahiyyətində mərhəmət və ülvülik hissi dayanır. Mehriban xanımın bu fikirləri sözlərimizi təsdiq edər: “ Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”. Ölkənin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Hər zaman kimsəsizlər və körpələr evlərində olan Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın bu addımını da müstəqil Azərbaycanda böyüməkdə olan körpələrin sağlam və etibarlı əllərdə tərbiyə olunmasına bir daha əmin olmaq istəyi kimi də dəyərləndirmək olar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur.
Zülfiyyə Süleymanova, Cəlilabad şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir