Gündəm

Sumqayıtın girişində əsl “BOMBEY”… – Əslən Fizulidən olan Fəqan müəllimin “DOLANIŞIQ YERİ”

Sharing is caring!

04.07.2021-ci il saat 19:00-dan 23:00 dək, Sumqayıt şəhərinin girəcəyində , yolun sağ cinahında yerləşən istirahət mərkəzinə baş çəkdim.Ərazidə 15 nəfərə yaxın müxtəlif rəngdə , müxtəlif həyada, müxtəlif fikirdə, müxtəlif açıq-saçıq geyimdə xanımlar var idi. Bir xanım o qədər kefli idi ki, az qala 2 saat ortalıqda oynadı. Bir-bir bütün xanımları oturduğum stola dəvət edib danışdırdim. Burda standart bir qiymət var.

Otaq daxil olmaqla 15 dəqiqə görüş üçün 30 AZN, 60 dəqiqə üçün 60 AZN ödəmək lazım idi.Ortaliqda hər kəsə nəzarət edən uca boylu , sərt baxışlı oğlan ancaq məni izləyirdi. Mən həmin oğlana yaxınlaşıb soruşdum ki, kimsən sən? Niyə bu cür gülməli hərəkət edirsən? Oğlan cavab verdi ki, mən 2018-ci ildən burdayam, otaqların səliqə-səhmanina baxıram və otağa gəzəlcələr aparılan zaman otaq pulunu alıram. Dedim onda ged dur xidməti ərazisində. Bununla söhbətimdən sonra həmin oğlan yoxa çıxdı.

Xanımın biri özü mənə yaxınlaşıb dedi ki, susundan yanıram mənə duşes al. Dedim 2 ədəd gətirin. Marketlərdə 80 qəpiyə satılan dusesin bir ədədi burda 2 AZN məbləğə satılır. Digər yeyinti və mal-materialların qiymətini soruşmaq üçün stolda sadəlövhlük edirdim. Üzü üzlər görmüş, həyatın bütün pisliklərindən keçmiş, çoxbilmiş, vicdanı və qüruru ayaqlar altına atılmış olan xanımlarburada məni avam yerinə qoyub istifadə edirdilər. Stola növbəti xanım yaxınlaşdı.(Hər birinin şəkili çəkilib, ərazidə 2 saat video çəkiliş aparılıb)

Növbəti xanım Bizon enerji içkisini ona almağımı xahiş etdi. Dedim buyurun sifariş edin. stolumuza bir ədəd Bizon içkisi gətirildi.Qiyməti neçəyə olsa yaxşıdır))))? 5 AZN .

Növbəti “pislik” stola yaxınlaşdı və cipsi almağımı xahiş etdi. Dedim buyurun sifariş edin. 2 ədəd cipsi stola gəldi və hər biri 3 AZN. Halbuki həmin çipslər marketlərdə 80 qəpik təşkil edir. Xanimlar oturan tərəfə baxıb kişmişi gülüş etdim.

Bu zaman iki ucagan yaxınlaşdı stola. Biri sacaq pendir, digəri pivə noxud istədi. Təbii ki, mən 2 AZN qiymətə satılan pivəyə 5 AZN , saçaq pendirə 3 AZN , noxuda 2 AZN pul ödədim. Birdə gördüm uzaqdan nazlı yetişli, hürkək baxışlı uca boy, sözün əsil mənasında eyibsiz bir xanım gəldi. Uzaqdan gəlib yaxınlasana kimi həqiqətən bu cür eyibsiz gözəlin evdar xanım yox, bu cirkabin içərisində olması mənə çox pis təsir etdi. Xanim stola yaxınlaşıb mənimlə oynamaq istədiyini bildirdi. Məndə oynamaq üçün meydana hərəkət edəndə bildirdi ki, 5 AZN ver musiqiyə verək. Mən də 5 AZN ona təqdim etdim. Xanim özünə uyğun hava sifariş edib qarşımda nazlanmaga başladı. Mən ancaq ona əl calırdım. Xanim mənə yaxınlaşıb bildirdi ki, nə üçün oynamırsan?

Bildirdim ki, mənim öz havam var, mən hər çalınan havaya oynamağı sevmirəm.

Xanim guya jnciyib meydani tərk etdi.

Mən mobil telefon ilə ərazini çəkərkən mənimlə oynamaq istəyən xanım indi də, mənə yaxınlaşaraq bildirdi ki, istirahət edək bir saat. Dedim olar. Şərəf verdiniz. 30 AZN ödəyib xanıma istirahət otağına keçdik. Otaqda antisanitariya, adı, bulaşıq taxt-döşəməni görüncə xanıma bilirdim ki, pul halal xoşunuz mən getdim. Ərazini tərk edəndə xidməti vəsiqəni həmin məkanın rəhbərinin doğma qardaşına təqdim etdim.

Yoldaş dərhal maşını tərk edib öz oturdugu stola gedərək kiminləsə danışdı. Bu zaman sol qolunda 50-yə yaxın kəsici alətlə (lezva ilə) doğranmış adminstror yaxınlaşdı və özünü təqdim etdi. Bildirdi ki, Məkanın əsil rəhbərliyi mənimlə danışmaq istəyir.

Özünü adminstrator kimi təqdim edən sol qolunda 50 yə yaxın sıramı olan şəxs bildirdi ki, bu məkanı Füzuli rayon sakini Fəqan müəllim və qardaşları idarə edir.

Fəqan müəllimə telefon əlaqəsi saxladım. Fəqan müəllimin mobil nömrəsi mənə ( 055-509-xx-xx) bir anlıq psixaloji təsir etdi.

Nə isə… Elə bil harda narkaman və əxlaqsız gəzəntələri var Fəqan müəllimə aid obyektə cəmləşib. Burda hər bir şeyin qiyməti kvadratına(m2) da, deyil, kubunana(m3) vurularaq satılır. Bilinmir, bu xanımların obyektə alınmamışdan öncə yaşayış yeri və keçmiş xidməti əraziləri üzrə təhlükəsizlik yoxlanışı aparılıb, yoxsa yox?

Təhlükəsizlik yoxlanışı aparilibsa, yazılı formada Təhlükəsizlik rəyi lazım olacaq təbii.

Çox güman ki, burda toplanmış bu binəvalar həyasız, və yaxud hansısa ehtiyaca görə bu yola düşüblər. Ancaq araşdırma apardigim bütün obyektlərdə bu xanımlardan hansına deyirəm ki, gəl sevgili olaq, səni saxlayım, inanın, hamısı deyir biz aya 2-3 min pul qazanırıq.

Deməli bu xanımlar Xana rəhbərlərinə aylıq satılmış bədən faizi də, verir.

Fəqan müəllim nədənsə hər cümləsində “sabah Nəşriyyatda görüşək” deməklə, öz aləmində mənə mənəvi pisixaloji təsir edib , məsələni ort-basdır etmək istəyirdi.
Məndə dedim, əziz müəllim, istədiyiniz yerdə görüşə bilərik.

Biz saat 13:00 da , Mətbuat Prospektində yerləşən Nəşriyyatda görüşməyə vədəliyik.(qaynarxett.az)

ARDI VAR…

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir