Gündəm

Türkiyə səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verdi

Sharing is caring!

Türkiyənin Azərbaycandakı Səfirliyi Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.

XəbərAl.az
 xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına başsağlığı, yaralılara şəfalar diləyirik”, – paylaşımda belə deyilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir