Gündəm manset

Deputatın bankı əlindən alınır – Payının bir hissəsini satıb

Sharing is caring!

İş adamı, deputat Məşhur Məmmədovla bağlı yayılan söz-shbətlər öz təsdiqini tapmaqdadır. Belə ki, M.Məmmədovla yaxın qohumu (şəriki) arasında olan problemlər ucbatından biznesinin bir hissəsini itirməli olub. 

M.Məmmədovun qohumlarından birinin verdiyi məlumata görə, deputata məxsus biznes şirkətlərinin, kredit təşkilatlarının, mebel firmalarının bir hissəsi əlindən alınıb, ancaq məsələ başqa cür ictimaləşdirilir. Guya o, səhmlərini satıb. Etibarlı mənbənin bildirdiyinə görə, əslində o özünə məxsus səhmləri satmaqla canını qurtarmaq istəyir. 

Bu gün isə M.Məmmədovla bağlı yeni bir xəbər yayıldı. “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb.

Azsiyasət.com xəbər verir ki, söhbət Tamara Polyakovadan gedir. 

O, BOKT-un səhmlərinin 14%-ni əldə edib, Son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb. 

Xatırladaq ki, “Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. /Azsiyasət.com/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir