Gündəm

Ordumuz Zəngəzurda daha 1,5 kilometr irəlilədi

Sharing is caring!

Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib.

XəbərAl.az xəbər verir ki, irəliləmə Xoznavar kəndi istiqamətində qeydə alınıb.

Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir.

Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini söyləyib.

“Azərbaycanlılar dünən axşam 6-da mövqelərini irəli çəkib. Onlar 1,5 kilometr irəliləyiblər. Hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar”-deyə Qriqoryan bildirib.

Xatırladaq ki, hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanıldığı müzakirə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir