Gündəm

Nobel prospektinin adı dəyişdirildi – “8 Noyabr” oldu

Sharing is caring!

Bu gündən Nobel prospektinin adı dəyişdirilib.

“XəbərAl.az”ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə prospektə “8 Noyabr” adı verilib.

Qeyd edək ki, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib. Gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.

Xatırladaq ki, 8 Noyabr ölkədə Zəfər günü kimi qeyd olunacaq.

Qeyd edək ki, uzunluğu 10 kilometrdən çox olan Nobel prospekti son illərdə yenidən qurulub və əhəmiyyətli dərəcədə dəyişiklik edilib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir