Gündəm

Baş nazirdən 190 manatlıq birdəfəlik ödənişlə bağlı AÇIQLAMA

Sharing is caring!

Pandemiya fonunda 2020-ci ildə dövlətin məşğulluq və sosial rifaha dəstək tədbirləri ölkənin 4 milyon 800 min nəfərini əhatə edib.

XəbərAl.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, ötən il 600 min işsiz və o cümlədən, xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəniş edilib və bu məqsəd üçün 450 milyon manat vəsait xərclənib.

“Ölkədə özünüməşğulluq proqramının əhatə dairəsi də genişləndirilib. Proqram 12 min 200 işsiz və işaxtaran aztəminatlı şəxsi əhatə edib. Məşğulluq və sosial rifahın dəstəklənməsi üzrə 610 milyon manat vəsait xərclənib”.

Baş nazir əlavə edib ki, 2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması məqsədilə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edilib ki, 115 milyon manat həcmində də vergi güzəştləri tədbiq edilib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir