Gündəm

Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” milli mükafatının təqdimat mərasimi keçirilib.

Sharing is caring!

Bu gün Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” milli mükafatının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Azərbaycanın qazandığı Böyük Zəfərə həsr olunub. Tədbirdə deputatlar, ictimaiyyət nümayəndələri, hüquqşünaslar, həkimlər, gənc iş adamları və fəallar iştirak ediblər. Tədbir Azərbaycanda pandemiya dövründə Nazirlər Kabinetinin müvafiq təlimatlarına əsasən sosial məsafə qorunmaqla, tibbi maskalardan istifadə və məhdud sayda iştirakçı ilə keçirilib. Qeyd edək ki, Gənclərin Dostu Milli mükafatı artıq 10 ildir ki, öz sahiblərinə təqdim olunur. Tədbirdə çıxış edən Gənc Sahibkarlar Klubunun sədri Anar Sarıyev bildirib ki, məqsədimiz bir daha ölkə gəncliyinin, cəmiyyətimizin diqqətini böyük zəfərə kökləməkdir. Bu gün Azərbaycan gəncliyi qalib Sərkərdə, möhtərəm cənab prezident İlham Əliyevlə fəxr edir. Vaxtilə bizim üçün xəyal olan Şuşa artıq bizim üçün gerçəklikdir. Arzumuz budur ki, yaxın zamanda bu cür tədbirlərimizi Qarabağımızın incisi olan Şuşa şəhərində qeyd edək. Daha sonra tədbir iştirakçıları mükafatlandırılıb. Mükafatlandırılanlar arasında deputatlar, gənc fəallar, media nümayəndələri, eyni zamanda Mətanət A, Azcake şirkəti və s. kimi qurumlar olub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir