Gündəm Manşetüstü

Oqtay Əsədovun daha bir villası aşkarlandı — Özəl meşəlik, meşənin içi ilə çaya çıxış (FOTO)

Sharing is caring!

Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar yayılıb.

XəbərAl.az-ın xəbərinə görə, məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli paylaşıb.

“Keçmiş spikerin villalarından biri Qubada, Qəçrəş yolundadır. Peykdən dəbdəbəli görünməsə də, bura Oqtay Əsədovun istirahət üçün sevdiyi məkandır. Düzdür, Şüvəlan, Novxanı və Sulutəpədəki villalarından fərqli olaraq, Qubadakı mülkün hovuzu, tennis kortu yoxdur, amma unikal panoraması, qarşısında 1 hektar özəl meşəliyi, meşənin içi ilə Qudyal çayına birbaşa çıxışı var. Oqtay Əsədov bu villanı vaxtilə Qubanın su təchizatı üçün ayrılmış puldan çırpışdırıb tikib. Elə bu gün də Qubadakı 5 hektardan artıq alça bağlarını da suvarmaq üçün sudan oğurlayır, yəni pulsuz istifadə edir. Milli Məclisin və “Azərsu”yun keçmiş rəhbərinin pulsuz suvarılan daha bir böyük bağı Maştağa – Buzovna yolunun üstündədir. Bura 4 hektarlıq badam bağıdır. Vaxtilə badam sovxozu olub, qanunsuz ələ keçirib. Orda parnik də saldırıbmış, parnik tikən ustaları MTN-lə hədələyərək pullarını verməkdən belə imtina edib” – deyə C.Həsənli bildirib.   
Şəkilin açıqlaması yoxdur.
May be an image of mətn
May be an image of ağac, təbiət və dağ
May be an image of açıq Havada və bunu deyən yazı "Google"
May be an image of 1 nəfər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir