Gündəm

Faiq Qürbətov DTX-nin həbs etdiyi icra başçısının kadrlarını işdən çıxardı

Sharing is caring!

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb.

XəbərAl.az xəbər verir ki, F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar.

Hələlik onların yerinə təyinat yoxdur. 

Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev tərəfindən sözügedən vəzifələrə təyin olunmuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir