Gündəm

Kəlbəcərli Jurnalistdən Rasim Musabəyova Sərt Sözlər

Sharing is caring!

Mən Azərbaycanın ən vicdansız deputatlarından biri haqqında susmamaq və yazmaq zorundayam. Bu deputat mənəviyyatı (?)  sifət cizgilərində hər xırdalıqları ilə əks olunmuş Rasim Musabekovdu. O Musabekov ki, mən onun payını əslində noyabrın 22-də İTV-dəki çıxışından sonra verməli idim. Turan məsələsinə və Naxçıvan dəhlizinin Şərqin qapısı adlandırılmasına qarşı çıxdığı vaxt. Onda sadəcə feyzbukda iki-üç cümlə ilə keçindim. Amma indi onun menyusuna bir neçə kəlmə sözümü deməliyəm və yazmalıyam…

Rasim Musabekov, sən dövlətçilikdən uzaq, qeyri-milli bir zadsan…, sən vicdansızsan…, sən milli qeyrəti olmayan təyinatlı “millət vəkili”sən…, sən popkorunsan.., sən Andraniksən…, sən Şamuyansan…, sən Mikoyansan…, sən Baqramyansan…, sən Əliheydər Qarayevsən…, sən bolşeviksən…, sən kökünün üstündə bitmisən…, sən Puşkinin dediyi xalqdan heç nə ilə fərqlənməyən yansan…, sən daşnaksan…, sən rus-erməni işbirliyinə xidmət edən “vəkil”sən…, sən Ramiz Mehdiyevsən…, sən Nəciməddin Sadıqovsan…, sən Lavrovsan…, sən çoxuncu kalonsan…, sən Qarbaçovsan…, sən Yeltsinsən…, sən Köçəryansan…, sən Sərkisyansan…, sən Paşinyansan… Amma yox, Paşinyan haqsızlıq etməyim, çünki o, səndən daha türkçüdür…Bir sözlə, sən rusbaşlı yox haa, Rusiyabaşlı, erməni xislətli, türk düşməni olan bir məxluqsan…

Sən həm də səni idarə edən pultlar vasitəsi ilə türkdən tülkü kimi qorxan yiyələrinin açıq təhdid mesajlarını İlham Əliyevə çatdırırsan…Səni saxlayanların arzusu gözündə qalacaq…Buna əmin ol, Musabekov. Çünki indi İlham Əliyev kürəyini xalqına söykəyib. 2021-də sizlərin kökünü qazıyacağıq…

Musabekov,deyirsən ki, türk qoşunlarının Qarabağ ermənilərinin yaşadıqları yerlərə daxil olmaları mümkün deyil. Bunu indi hər kəs necə təsəvvür edə bilər? Türk qoşunu gedib Xankəndində post quracaq, bayrağını asacaq, bu mümkündürmü? Sənə sual edirəm: Rus qoşununun orada post qurması, bayrağını asması mütləqdirmi? Rus qeyrətli, sözübütöv, etibarlı, humanistdir və ədalətlidir, yoxsa türk? Mənəvi kişiliyin varsa, bu suala səmimi cavab ver.

“Müsavat” verdiyin açqılamada deyirsən: “İndi biz türkləri Ağdam, Kəlbəcər, Laçında yerləşdirmək üçün gedib ruslardan icazə alınmalıyıq? Rusiya tərəfi də demişdi ki, Azərbaycan öz ərazisində harada türk qoşunlarının yerləşməsini istəyirsə, bu bizlik deyil”. Musabekov, sözündən belə çıxır ki, amma Xankəndinə gedəndə biz də, türkələr də ruslardan icazə almalıyıq. Yoxsa, Xankəndini Azərbaycan ərazisi hesab etmirsən?

Musabekov, həmçinin qeyd edirsən ki, bizi ermənilərdən qorumağa ehtiyac yoxdur. Şükürlər olsun ki, özümüz özümüzü ermənilərdən qorumağa qadirik. Ermənilər türklərinin iştirakını heç də özlərinin təhlükəsizliklərini möhkəmləndirmək kimi görmürlər. Sənə növbəti sualları ünvanlayıram: Bəs biz özümüzü çağdaş dünyanın ən etibarsız tərəfdaşı, tarixən bizə faciələr yaşadan Rusiyadan qorumağa qadirikmi? Ermənilərin təhlükəsizlik məsələsi sənə qalıb, yoxsa, sən ermənilərin bizim parlamentdəki vəkilisən?

…Kimin qələt etdiyini isə çox da uzaq olmayan zaman göstərəcək…

P.S. Səni istədiyin telekanalda, istədiyin internet televiziyasında debata dəvət edirəm. Cəsarətin varsa, gəl. Mən Mingəçevirdə yaşayıram. Ancaq hara desən gələcəyəm. Məni məhkəməyə də verə bilərsən, “razborşik”lərini üstümə də göndərə bilərsən. Bu sənin doğal haqqındır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir