Gündəm

Xaçmaz Məşğulluq Xidmətindən “Sosial.Gov.az” Fırldaqlığı- Günahkar kimdir?

Sharing is caring!

XəbərAL.az saytının Whatsapp nömrəsinə Xaçmaz rayon sakini Novruzəliyeva Leyla Malik qızı Xaçmaz rayon məşğulluq xidməti ilə bağlı şikayət məktubu göndərib.

Məktubda bildirilir ki, Üç az yaşlı oğlu ilə birlikdə Xaçmaz rayon dağıstan küçəsində yaşayırlar.  Karantın sərtləşdirildiyi üçün işsiz qalan Novruzəliyeva Leyla XəbərAl.az vasitəsilə Xaçmaz rayon məşğulluq xidmətindən və digər adiyyatı qurumlardan kömək istəyir.

Məktubu olduğu kimi sizlərə təqdim edirik.:

Mən Novruzəliyeva Leyla Malik qızı Xaçmaz rayon dağıstan küçəsində yaşayıram. Tənha anayam 3 az yaşlı oğlumu tək böyüdürəm. Səyyar bərbər kimi fəaliyyət göstərirdim iş olmayanda əlavə işlərdə də işləyirdim sonra karantin sərtləşdirildi və mən tamamən işsiz qaldım. Mütəmadi Xaçmaz rayon Məşğulluq xidməti ilə əlaqə saxlayırdım bəlkə iş olar. Bir neçə gün öncə mənə sosial.gov.az-dan sms gəlib ki, fərdi məşğulluqla güya hansısa şans yaradılıb mənə. Mən də 5 gün ərzində münasibət bildirməliydim amma saytı bağlamışdılar. 2 gün keçməmiş yenidən sms göndərdilər ki, sizin işsiz statusunuz ləğv olunub halbuki məni işlə təmin etməmişdirlər ( 3 il əvvəlki özünəməşğulluq üçün müraciətim də təmin edilməmiş bağlandı) bu gün sms-i aydınlaşdırmaq üçün Xaçmaz rayon Məşğulluq idarəsinə getdik bizə dedilər ki, bizim sms dən xəbərimiz yoxdur. Nazirliyin 142 qaynar xəttinə zəng edin onu da qeyd edim ki, qaynar xəttə zəng etsək də cavab verən olmur amma balans qurtarır. Vəziyyətlə bağlı ordakı camaatla rayon icra hakimiyyətinə getdik onlarda dedi ki nazirliyə məktub göndərin. Mən hal hazırda işsizəm rayonda gözəllik salonları bağlı iş üçün rayonda hər yerə müraciət etsəm də təcrübəm olmadığı üçün mənə iş vermirlər. Hal hazırda gələcəyin 3 əsgəri olan az yaşlı oğlumla acınacaqlı vəziyyətdəyik. XəbərAl.az saytından xaiş edirəm ki mənim şikayətimi ictimailəşdirin bizi bu bəladan xilas edin.

İnanırıq ki, XəbərAl.az saytının bu yazısından sonra Xaçmaz rayon məşğulluq xidməti və digər adiyyatı qurumlar ailəyə yaxından öz köməkliklərini göstərəcəklər.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etmətyə hazırıq.

Araşdırmamız dəvam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir