Gündəm

Rəcəb Babaşovdan Qarabağ Qazisinə Laqeyidlik-FOTO

Sharing is caring!

XəbərAl.az saytının Whatsapp nömrəsinə Qazax rayon sakini Vətən müharibəsi iştirakçısı olmuş, həmin döyüşlərdə sol ayağını itirmiş Qarabağ qazisi Musayev Kənanın anası Məmmədova Məhəbbət xanım Qazax rayonun İcra Başçısı Rəcəb Babaşovdan və həmin rayonun bəzi məmurlarından şikayət məktubu göndərib.

Məktubda bildirilir ki, oğlu Qarabağ qazisi Kənanla birlikdə yataqxanada çox ağır durumda yaşayırlar. İstilikləri belə yoxdu, işsizdi, gəlib baş çəkən maraqlanan belə yoxdur. Məhəbbət ana XəbərAl.az saytı vasitəsi ilə Qazax rayon icra başçısı Rəcəb Babaşovdan və Qazaxda ki, aidiyyatı qurumlardan kömək istəyir.

Məktubu olduğu kimi sizlərə təqdim edirik.

Mən Məmmədova Məhəbbət Seyfəddin qızı. Oğlum 15.11.2001 ci ildə Qazax rayonunda anadan olmuş Musayev Kənan Nadir oğlu ilə birgə Əli Şixlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayırıq. Mən işsiz və başsız qadınam. Gəlir yerim yoxdu. Maddi cəhətdən çətinliyim var. Oğlum 08.01.2020 ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020 ci ildə Qarabağ döyüşlərində sol ayağını itirmişdir. Buna baxmayaraq heç bir kəs maraqlanmır. Nə Qazax icra başçısı, nə şəhər nümayəndəliyi,nə komissarlıq nədə ki, səhiyyə maraqlanmır. Oğlumun sarıq ləvazimatlarını, dərmanlarını və kastelini belə qonşularımın köməkliyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşu dəyişirdi. İcra nümayəndəliyindən bir dəfə gəlib getdilər. Hər şeyi yoluna qoyacağıq deyib getdilər. Hələ bir xəbər yoxdu. Oğlumla komissarlığın rəisi ilə görüşüb hərbi bileti haqqında məlumat verdik. Düzəldəcəyik deyib bizi yola saldılar. Amma hələ bir xəbər yoxdu. Sizdən xaiş edirəm bunu isiqlandırasınız. Səsimə səs verin.

İnanırıq ki, XəbərAl.az saytının bu yazısından sonra Qazax rayon İcra Başçısı Rəcəb Babaşov və Qazaxda ki, aidiyyatı qurumlar, çıxılmaz durumda olan Qarabağ qazisinin və anası Məhəbbət ananın səsinə səs verib ailəyə yaxından öz köməkliklərini göstərəcəklər.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir