Gündəm

“Əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq”

Sharing is caring!

Təranə Məmmədova: “Yeni qanunun tətbiqi ölkə başçısının “Mən hər bir azərbaycanlının Prezidentiyəm” fikrinin bir daha təsdiqidir” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2018-ci il tarixində imzaladığı “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə başçısı tərəfindən 25 yanvar 2019-ci ildə imzaladığı Fərmanla qüvvəyə mindi. Fərmanda qərara alınır ki, Nazirlər Kabineti qanun və aktların “Psixoloji yardım haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etsin. Psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin, psixoloqların hüquq və vəzifələrinin müəyyən olunmasını, bu sahədə yaranan münasibətlərin tənzimlənməsini özündə etiva edən Qanunun tətbiqi ilə ölkə vətəndaşlarının psixi durumunun tənzimlənməsi istiqamətində hansı yeniliklərin olacağına aydınlıq gətirmək məqsədilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova açıqlama ilə çıxış edib. Öncə Qanunda istifadə olunan anlayışlar barədə izahat verən T.Məmmədova ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. Psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir. Mərkəz rəhbəri bildirib ki, qanunun tətbiqi nəticəsində yardımın növü, forması, müddəti, keyfiyyətinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunan minimum tələblərin məcmusu, o cümlədən ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri, bu yardımı göstərmək hüququ olan şəxslərə dair tələblər, kliniki psixoloqlara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması, ləğv edilməsi qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək. T.Məmmədovanın sözlərinə görə, qanunun tətbiqi zamanı əhaliyə yüksək psixoloji yardımın əsas istiqamətləri üzrə nəzarəti şəxsən ölkə başçısının öz üzərinə götürməsi “Mən hər bir azərbaycanlının Prezidentiyəm” fikrinin növbəti dəfə təntənəli şəkildə təsdiqidir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru qanunda Psixoloji yardımın növləri və formalarının profilaktika, maarifləndirmə, konsultasiya, psixoloji dəstək, müayinə (diaqnostika), psixoterapiya, reabilitasiya, korreksiya, treninq – təlim anlayışları əsasında dəqiqliyi ilə göstərildiyini deyib. O, yardımın prinsipırinə də aydınlıq gətirib. Bildirib ki, psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir, yardımın anonimliyi qorunur. Qanunda psixoloji yardım göstərmək hüququ olan şəxslərin vəzifələri də göstərilib. T.Məmmədovanın sölərinə görə, peşəkar, keyfiyyətli və standartlara uyğun psixoloji yardım göstərmək; onun hüquqları, vəzifələri, növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında məlumat vermək; yardım göstərməkdən imtina etdikdə, səbəbləri barədə şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat vermək; şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşə etikasına riayət etmək; şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək; müayinənin nəticələrinə uyğun olaraq digər yüksək ixtisaslı mütəxəssislərlə psixoloji konsilium təşkil etmək bu vəzifələrə aiddir. Mərkəz rəhbəri onu da vurğulayıb ki, belə bir mütərəqqi qanunun tətbiqi nəticəsində əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq, hər kəs cəmiyyətin saflaşması, dövlətin inkişafı, Vətənin çiçəklənməsi uğrunda öz üzərinə düşən məsuliyyəti daha dərindən və dəqiqliyi ilə dərk edəcək. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir