Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı O, Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etdi və onların ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirdi. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təklifləri diqqətlə dinlənildi. Səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı daha sonra seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi. Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzuladılar.
Oxşar Xəbərlər
Suriyadan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib
Mayın 18-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır. Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra […]
Paytaxtda avtomobil yandı – FOTO
Bakı şəhərində avtomobil yanıb. Oxu.Az-ın məlumatına görə, hadisə Tbilisi prospektində baş verib. Belə ki, “Opel” markalı, 10-ST-432 dövlət nömrə nişanlı avtomobil yolda yanıb. Xeberal.az
Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub – FOTO
Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 673 nəfər müalicə olunaraq […]