AKTUAL Gündəm

Evlərimiz dağılır….Rahid Vahidoğlu

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb. Bu da o deməkdir ki, qurulan hər 4 ailədən 1-i dağılıb.

 

Əslində bu məsələni  Evlərimizin dağılması kimi dəyərləndirmək lazımdı. Yox! Mən ailə haqqında şablon cümlələr yazmayacam. Ehtiyacda yoxdu.

Ailələrin bu qədər sürətlə məhv olması cəmiyyətin, cəmiyyətin bu qədər sürətlə məhv olması isə ölkənin məhv olmasına aparıb çıxaracaq. Bu səbəbdən də bu məsələnin qarşısını almaq üçün  ilk öncə rəsmi dövlət qurumlarından addımlar atılmalıdı.

Ailələri boşanma həddinə çatdıran səbəbləri 3 kateqoriyada bölüşdürmək olar.

  1. Sosial problemlər: Bu kateqoriyaya işsizlik, ölkədə açılan iş yerlərində aylıq maaşların azlığını əlavə etmək olar
  2. Psixoloji problemlər: Psixoloji problemləridə yaradan səbəblərə yenədə məhz maddi durumun aşağı olmasını göstərmək olar. Bundan əlavə yediyimiz qidaların mənbəyinin bəlli olmaması, qidaların tərkibindən xəbərsizlikliyimizi göstərmək olar.
  3. Tibbi problemlər: Cinsi zəiflik, övlad olmaması.

 

Göründüyü kimi 3 səbəbin 3-üdə bir-biri ilə sıx əlaqəlidir. Ona görə sıx əlaqəlidir ki, biz hal-hazırda kapitalizm rejimində yaşayan cəmiyyətik. Kapitalizm cəmiyyətində reallığıqəbul etməyə məcburuq ki, həyatının sütünlarından biri məhz PUL-dur.

Məhkəmələrə müraciət edən cütlüklərə məhkəmə tərəfindən müəyyən vaxt verilir ki, düşünsünlər. Məncə bu düşünmə vaxtı ərzində məhz məhkəmələr vasitəsi ilə cütlüklərə psixoloji yardım olunmalıdır.

Qurulan ailələrdə yaranan problemlərdə hər iki şəxsin valideynləri məsuliyyət daşıyır. Yaranan problemlərdə valideynlərində günahı danılmazdır.

“Filankəsin qızı ərə getdi” devizi ilə ərə verilən qızlar, “filankəslə qohum oldu desinlər” düşüncəsi ilə evləndirilən oğlanlar məhz valideynlər tərəfindən qazılan quyulardır. Artıq qurulan ailələrə ilk addımlardan dövlət qurumları ciddi nəzarət etməlidir.

16-25 yaşlardakı, istər oğlan olsun, istərsə də qız olsun el dili ilə desək “bir konfetə aldanan” yaş həddindədirlər. Bu yaşda ər evinə yola salınan qız Ailənin nə demək olduğunu dərk etmir. Ailədə yaranan çətinlik nədir? Çətinliklərin ailə birliyi ilə aradan qaldırılmasının mümkünlüyünü dərk etmir. Ana qucağından, ata sığalından bir başa ər evinə yola salınan qız dərk etməyəcək Ana olmaq nədir?

16-25 yaş dönəmində maddi durumunu atasının cibi ilə təmin edən oğlan dərk etmir ailənin madiyyatını təmin etmək nədir? Avtomobili həvəs olaraq idarə edən oğlan ailə dəyərlərini necə dərk edə bilərki?

Hərbi xidmətdən yeni geri dönən, həyatın gedişinə əyləncə kimi baxan gənc oğlanlar valideynlər “nəvə oynatma” həvəsinin qurbanı olurlar desək yanılmarıq.

Gənc qızların və oğlanların sevgi düşüncəsinə və bu düşüncədən irəli gələn sevgi ”oyunlarınada” ciddi nəzarət olunmalıdır.

Bütün hallarda Azərbaycanlı olaraq rəsmi qurumlarla bərabər hər birimiz borcluyuq bu bataqlığın qarşısın almağa. Çünki ağla gəlməz dərəcədə ciddi göstəricidir və ciddi problemdir.

Ayrılan ailələrdən geri qalan nəzarətsiz uşaqlar, kimsəsiz körpələr demək olar gələcəyin cinayətkarı, oğrusu, narkomanı, fahişəsi olma ehtimalı 90%dir. Çünki nəzarətsiz böyüyən uşaqların həyatlarıda böyük ehtimalla nəzarətsiz olar.

AİLƏNİZİ QORUYUN! ÖVLADLARINIZI SİZSİZ BURAXMAYIN. ONLARIN SİZƏ ÇOX EHTİYACI VAR!