Gündəm

Cavid Qurbanov milyonluq əmlakını satır, “Topaz” biznesi isə batır

Sharing is caring!

Xəbəral.az-ın məlumatına görə, Cavid Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb. Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir. Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib. C. Qurbanovun futbol qumarı işlərinə QSC-də maliyyə şöbəsindən Vəsilə Abdulova nəzarət edirdi. C. Qurbanov bukmeyker biznesini də əlindən çıxarır və bu sahədə ciddi uğur qaza bilmədi.

Bəs dövlət buna niyə icazə verib? Bu problemdən çıxış yolları nələrdir? Bu oyunlar qanunla qadağan oluna bilərmi?

Xəbəral.az xəbər verir ki, “Topaz”, müxtəlif adlar altında yaradılan mərc oyunlarıdır:

“Qumar oyunları ilə bağlı qanunvericilikdə xeyli məhdudlaşdırıcı normalar mövcuddur. Hətta bu yaxınlarda banklar xaricdə oynanılan qumar oyunlarında kartların istifadəsinə Milli Bank məhdudiyyət qoyub. Bu aspektdən xarici mərc oyunlarına girib pul qoymaq mümkün olmayacaq. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində bununla bağlı məsuliyyət müəyyən olunub. Yəni, qanunsuz oynanılan qumar oyunlarına görə inzibati məsuliyyət nəzərdə tutulub. Amma bu da reallıqdır ki, günümüzün texnoloji imkanları istər mobil telefonlar, istərsə də kompüter üzərindən hansısa mərc oyunlarına daxil olmağa Azərbaycan Milli Bankı icazə verməsə də, bir çox insanın xarici ölkələrdə Gürcüstan, Ukrayna, Türkiyədə bank hesabları var. Onlardan istifadə edərək bunu edə bilirlər. Bu baxımdan o bir az maariflənmə, ictimai qınaq, ictimai mübarizə məsələsidir. Təkcə inzibati metodlarla bunun qarşısının alınması mümkün deyil”.
Hüquqşünas vurğulayıb ki, mərc oyunlarına meylin artmasını, asılılığı doğuran səbəblər araşdırılanda qarşımıza işsizlik, maddi təminatın azlığı, insanların daha qısa yoldan qazanc əldə etmək niyyəti, sosial təminat kimi səbəblər ortalığa çıxır:
“Məşğulluğa yönəlik daha ciddi tədbirlər görülməlidir ki, insanları maraqlandıran, məşğul edən bu kimi məsələlərə üz tutmasınlar. Xüsusilə orta və ali məktəblərdə bunun cəmiyyətdə, ailədə yaratdığı problemlər, travmallar, pozuntular maarifləndirici şəkildə, konkret olaraq hadisələr göstərilərək çatdırılmalıldır. Təbii ki, yüzdə-yüz mübarizə olmasa da önləyici tədbirlər görülə bilər”.

Xatırladaq ki, Topaz” şəbəkəsinin baş dəmiryolçu Cavid Qurbanova aid olduğu deyilir. Və ondandır ki, bu gün qanunlarımız da Cavid Qurbanovun qarşısında qıldan incə durumdadır…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir