Gündəm

Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb – RƏSMİ

2020-ci ildə hərbi prokurorluqda xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə bu gün Hərbi Prokurorluğunda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Bildirilib ki, onlardan biri prokurorluq orqanlarından xaric edilib, bir nəfər aşağı vəzifəyə keçirilib, iki nəfər vəzifədən azad olunub, dörd nəfərə şiddətli töhmət, 11 nəfərə isə töhmət verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir