Gündəm

Nazir Elinanın ölümü ilə bağlı HƏR ŞEYİ AÇDI – 3 nəfər İŞDƏN QOVULDU VƏ… – VİDEO

Sharing is caring!

Bakıdakı 162 nömrəli tam orta məktəbin direktoru və müavini işdən çıxarılıb..

Bunu Təhsil naziri Ceyhun Bayramov sözügedən məktəbin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı aparılan xidməti araşdırmanın nəticələrini açıqlayarkən deyib. Nazir bildirib ki, araşdırma nəticəsində məktəbin direktoru Sevinc Abbasova və bir neçə şəxsin vəzifə funksiyalarını düzgün icra etmədiyi məlum olub. Məktəbin VIII sinif şagird Elina Hacıyeva və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb.

Nazir qeyd edib ki, hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən tədris ocağında növbətçilik təmin olunmayıb. Məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

Sinif rəhbəri haqqında isə intizam tədbirinin görülməsi üçün Bakı Şəhəri üzrə Təsil İdarəsinə göstəriş verilib.Ceyhun Bayramov bildirib ki, məktəbə baş verən zorakılıqlar və bu kimi digər hallarla bağlı yaxın vaxtlarda nazirlikdə qaynar xətt yaradılacaq.

Bu arada Təhsil Nazirliyi və Baş Prokurorluq hadisə ilə bağlı birgə məlumat yayıb. Qeyd edilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunda yaradılmış istintaq qrupuna tapşırılıb. Elina Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər müəyyən edilərək dindirilib, müxtəlif növ ekspertizalar təyin edilib. Ekspertizanın keçirilməsində yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan ekspertlərin iştirakının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislər cəlb olunub. Hazırda cinayət işi üzrə bütün xüsusatların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir