Gündəm manset

187 Saylı Tam Orta Məktəbin Direktoru Nailə Məmmədovanın təmtaraqlı ad günü, özünü ifşa 2-ci VİDEO- Müğənnilər oxudu

Sharing is caring!

Məktəb direktoru Nailə Məmmədova özünə dəbdəbəli doğum günü keçirdi: yayılan videolar onu ələ verdi
Bakının qalmaqallı məktəb direktoru bu dəfə karantin qaydalarını pozmaqla gündəm olub.
187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozub.
Nailə Məmmədova fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət edib. Direktor həmçinin məclisə müğənnilər də çağırıb. Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər iki gündür sosial şəbəkələrdə geniş şəkildə yayılır. Videoların birində direktor məclisə dəvət etdiyi müğənni ilə qucaqlaşır, qonaqlar isə bu anı lentə alır. İkinci videoda isə direktor kəsilən tortu bir-bir qonaqlara özü yedirir.
Xatırladaq ki, Nailə Məmmədova bir neçə dəfə sosial şəbəkələrdə və ölkə mediasında gündəm olub. Həm də şair olduğunu iddia edən Nailə Məmmədova yazdığı şeirlərlə sosial şəbəkə istifadəçilərini güldürməyi bacarıb.
Bundan başqa N.Məmmədova rəhbəri olduğu məktəbdə özbaşınalıq, rüşvət və korrupsiya halları ilə bağlı yazlan yazılara görə ona zəng edən jurnalisti təhqir etməsi ilə də diqqət mərkəzinə düşmüşdü.
Xatırladaq ki, Nailə Məmmədovanın adı bizlərə “amerikapress.com” saytının rəhbəri Rauf Sultanovun məhkəməsindən də tanışdı.
Belə ki, Rauf Sultanov direktor Nailə Məmmədovadan rüşvət almaqda ittiham edilərək həbs olunmuşdu. Nailə Məmmədova Rauf Sultanovun həbs edilməsi üçün təşkil olunan əməliyyatla bağlı dedikləri ilə də müzakirə mövzusu olmuşdu.
Nailə Məmmədova bildirmişdi ki, Rauf Sultanov qaçmaq istəyərkən onu yerə yıxaraq üstündə oturub.
Qarşı tərəfin dinləyib mövqeyin dərc etməyə hazırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir