Gündəm

DTX-nin keçirdiyi əməliyyatın görüntüləri – ANBAAN VİDEO

Sharing is caring!

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəyə külli miqdarda güclü təsir edən maddələri gətirən şəxslərə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb.

Görüntülər DTX-nin rəsmi “YouTube” kanalında yerləşdirilib.

Qeyd edək ki, əməliyyat zamanı güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədi ilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlu saxlanılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir