Gündəm manset

Baş prokuror Prezidentin tövsiyələrinə əməl etməyə başladı – CƏMİ 14 GÜNDƏN SONRA

Sharing is caring!

Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edərkən Prokurorluq orqanlarına islahatların aparılmasına dair verdiyi tövsiyələrə əməl olunmağa başlanılıb. 

Baş Prokurorluq bir neçə rayonun prokurorunun işdən çıxarılması barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinindən Xəbəral.az-a daxil olan məlumata görə, Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir