Təranə Məmmədova: “Yeni qanunun tətbiqi ölkə başçısının “Mən hər bir azərbaycanlının Prezidentiyəm” fikrinin bir daha təsdiqidir” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2018-ci il tarixində imzaladığı “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə başçısı tərəfindən 25 yanvar 2019-ci ildə imzaladığı Fərmanla qüvvəyə mindi. Fərmanda qərara alınır ki, Nazirlər Kabineti qanun və aktların “Psixoloji yardım haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etsin. Psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin, psixoloqların hüquq və vəzifələrinin müəyyən olunmasını, bu sahədə yaranan münasibətlərin tənzimlənməsini özündə etiva edən Qanunun tətbiqi ilə ölkə vətəndaşlarının psixi durumunun tənzimlənməsi istiqamətində hansı yeniliklərin olacağına aydınlıq gətirmək məqsədilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova açıqlama ilə çıxış edib. Öncə Qanunda istifadə olunan anlayışlar barədə izahat verən T.Məmmədova ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. Psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir. Mərkəz rəhbəri bildirib ki, qanunun tətbiqi nəticəsində yardımın növü, forması, müddəti, keyfiyyətinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunan minimum tələblərin məcmusu, o cümlədən ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri, bu yardımı göstərmək hüququ olan şəxslərə dair tələblər, kliniki psixoloqlara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması, ləğv edilməsi qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək. T.Məmmədovanın sözlərinə görə, qanunun tətbiqi zamanı əhaliyə yüksək psixoloji yardımın əsas istiqamətləri üzrə nəzarəti şəxsən ölkə başçısının öz üzərinə götürməsi “Mən hər bir azərbaycanlının Prezidentiyəm” fikrinin növbəti dəfə təntənəli şəkildə təsdiqidir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru qanunda Psixoloji yardımın növləri və formalarının profilaktika, maarifləndirmə, konsultasiya, psixoloji dəstək, müayinə (diaqnostika), psixoterapiya, reabilitasiya, korreksiya, treninq – təlim anlayışları əsasında dəqiqliyi ilə göstərildiyini deyib. O, yardımın prinsipırinə də aydınlıq gətirib. Bildirib ki, psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir, yardımın anonimliyi qorunur. Qanunda psixoloji yardım göstərmək hüququ olan şəxslərin vəzifələri də göstərilib. T.Məmmədovanın sölərinə görə, peşəkar, keyfiyyətli və standartlara uyğun psixoloji yardım göstərmək; onun hüquqları, vəzifələri, növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında məlumat vermək; yardım göstərməkdən imtina etdikdə, səbəbləri barədə şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat vermək; şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşə etikasına riayət etmək; şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək; müayinənin nəticələrinə uyğun olaraq digər yüksək ixtisaslı mütəxəssislərlə psixoloji konsilium təşkil etmək bu vəzifələrə aiddir. Mərkəz rəhbəri onu da vurğulayıb ki, belə bir mütərəqqi qanunun tətbiqi nəticəsində əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq, hər kəs cəmiyyətin saflaşması, dövlətin inkişafı, Vətənin çiçəklənməsi uğrunda öz üzərinə düşən məsuliyyəti daha dərindən və dəqiqliyi ilə dərk edəcək. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Mətbuat xidməti
Oxşar Xəbərlər
Fidan Blinkenlə F-16-ların Türkiyəyə satışını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan qarşı tərəfin xahişi ilə bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Fidan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin dünən qəbul etdiyi qərara istinad edərək, İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib. O, qeyd edib ki, F-16 satışı ilə […]
Şimal bölgəsində müəllim çatışmazlığı: Xarici dil və dəqiq elmlər üzrə kadrlara ehtiyac var
Şimal bölgəsi məktəblərində müəllim çatışmazlığı problemi yaşanır. Bu problem şagirdlər və rəsmi qurumlarla yanaşı, valideynləri daha ciddi narahat edir. Bu barədə “Bizim.media”ya övladları Xaçmazın Palıdlı kənd tam orta məktəbində oxuyan valideynlər məlumat veriblər. Valideynlər böyük narahatlıqla bildiriblər ki, yeni dərs ili başlayandan uşaqlara, əsasən, bədən tərbiyəsi dərsi keçilir. Fənn müəllimləri çatışmadığına görə dərslər boş keçir […]
Murad Arif OD PÜSKÜRDÜ: “Müəmmalı olmamalıdır…” – FOTO
Bəstəkar-müğənni, aparıcı Murad Arif sosial şəbəkədə "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinin seçimlərini tənqid edib. Lent.az xəbər verir ki, o, "Twitter" hesabında izləyicinin sualına tənqidi şərh yazıb. "Murad Arif "Avroviziya" 2023 üçün mahnı yazıb?" sualına "Nə zaman ölkədə açıq mahnı seçimləri keçirilsə, o zaman yazacağam. Yoxsa ki, dəfələrlə müğənnini bilmədən mahnılar yazdıq. Üç gündən sonra xaricdə çəkilmiş […]