Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı O, Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etdi və onların ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirdi. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təklifləri diqqətlə dinlənildi. Səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı daha sonra seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi. Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzuladılar.
Oxşar Xəbərlər
Hindistanlı rəssamdan qeyri-adi Şaxta baba əsəri – VİDEO
Hindistanda rəssam Sudarsan Pattnaik soğan və qumdan dünyanın ən böyük Şaxta babasını düzəldib. Sosial şəbəkələrdə sənət əsərinin görüntüləri yayılıb. 30 metr uzunluğunda və təxminən 12 metr enində kompozisiya yaratmaq üçün rəssama iki ton tərəvəz və onlarla köməkçi lazım olub. Əsər səkkiz saata başa gəlib. Mənbə: “PulN3” “Telegram” kanalı Xeberal.az
Bakıda kişi özünü evin qapısının çərçivəsindən asıb
Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Təbriz Yusib oğlu Yaqubov yaşadığı evin qapısının çərçivəsindən özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Göyçayda 65 yaşlı kişini avtomobil vurub
Göyçay rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məhəmmədrəsul Bəşir oğlu Hacıyevi vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az