Gündəm manset

Rəfail Priyev Fransada saxlanılıb deportasiya olunacaq-FOTO

Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.

XəbərAl.az xəbər verir ki, “Report”un Avropa bürosu xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.
Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir.

Musavat.com bildirir ki, Rəfail Piriyev həm də yutuber kimi fəaliyyət göstərir və Azərbaycan iqtidarına qarşı söyüş müxalifətinin əsas simalarından biridir.
874104a8-9148-49ca-94e0-895a97d9530b.jpg (83 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir