Gündəm manset

Azərbaycan bununla fəxr edə bilər – Əli Əhmədov

Sharing is caring!

BMT-nin Əhali Fondunun Azərbaycanda 25 il ərzində gördüyü işləri yüksək qiymətləndiririk.

XəbərAl.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyətinin 25 illiyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti Fondla bir çox uğurlu birgə layihələr həyata keçirib və üzərinə düşən öhdəliklərini də yerinə yetirir. “Azərbaycan öz əhali resursları ilə fəxr edə bilər. Ölkə əhalisinin sayı və keyfiyyəti hökumətin diqqət mərkəzindədir. Bütün təbəqələrdən olan insanların təhsil almaq hüququnu təmin etmək üçün layihələr həyata keçirilir, sağlam həyat tərzi gördüyümüz işlərdən biridir”, – o bildirib.

Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycanın xüsusi daxili siyasətini Dağlıq Qarabağdan 1 milyondan çox qaçqın və məcburi köçkünün olması faktı formalaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir