Gündəm manset

“Bu, Azərbaycan millətinin adına ləkədir” – Əli Həsənov

Sharing is caring!

1993-cü ildən başlayaraq Azərbaycanda Prezident Heydər Əliyevin rəhbərliyi ilə həmrəylik və milli birlik siyasəti aparılır. Siyasi partiyalar cəmiyyətin aparıcı siyasi institutlarıdır. Dünən baş tutan toplantıda yalnız siyasi partiyalar iştirak etmirdi. Həmin tədbirdə QHT və media nümayəndələri də iştirak edirdi. Eləcə də hakimiyyət təmsilçiləri də müzakirələrdə təmsil olunurdu.

XəbərAl.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov sentyabrın 10-da siyasi partiyalar, ictimaiyyət nümayəndələri və media təmsilçilərinin birlikdə keçirdikləri müzakirələri şərh edərkən deyib.

Əli Həsənov əlavə edib ki, bütün dövlərlərdə bu məsələ aktual olub: “Belə müzakirə və təmaslar Azərbaycan dövlətinin yürütdüyü siyasətə uyğun olub və indi də aparılan siyasətə uyğundur. Biz həmrəyliyi və milli birliyi Azərbaycanın alternativsiz reallığı hesab edirik. Bunun da alternativini görmürük. Dialoqun əksi qarşıdurma, insanların, təşkilatların bir-birinə qarşı apardığı mübarizədir. Biz dialoqu yüksək qiymətləndiririk. İstənilən halda cəmiyyətimiz üçün dialoq aktual və vacibdir.

Dünən keçirilən tədbirdə konkret mövzu ətrafında müzakirə aparılıb. Düşünürəm ki, bununla siyasi partiyalar, QHT nümayəndələri və media təmsilçiləri öz fəaliyyətini məhdudlaşdırmayacaq, gələcəkdə daxili və xarici siyasətə aid mövzularda dialoqu davam etdirəcəklər”.

Prezident köməkçisi təəssüflə bildirib ki, söyüşçül qəbildan olan insanlar da var: “Onlar Azərbaycanın sərhədlərini müxtəlif yollar və vasitələlə tərk ediblər. Xarici ölkələrdə özlərinə sığınacaq tapıblar. Təəssüfləndirici hal odur ki, onlar artıq anti-Azərbaycan dairələrin əlində silaha çevrilib. O cümlədən bu anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu bir tərəfdən azərbaycanlı adına, Azərbaycan millətinin adına ləkədir, digər tərəfdən də insanlarımızın gündəlik həyatının acı həqiqətidir. Mən əminəm ki, o insanlar nə zamansa özlərində müdriklik və Azərbaycan xalqına məxsus dəyərlər nümayiş etdirərək bu yoldan çəkiləcəklər. Amma çəkilməyənlərə neyləmək olar? Bu insanların könüllü seçimidir. Əgər onlar belə davranışı özlərinə həyat kredosu seçiblərsə, bunu davam etdirsinlər. Sağlam Azərbaycan vətəndaşları buna nifrət edir, milli-mənəvi dəyərlərimizə zidd olan fəaliyyət nümunələrinə nifrətlə yanaşırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir