Gündəm manset

Prezidentdən Fərzəlibəyovla bağlı qərar: 1 sərəncam, 1 fərman

Sharing is caring!

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.

XeberAl.az xəbər verir ki, fərmanda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1612-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsindəki cədvəlin 2-ci hissəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində istifadə olunan vəsaitin inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə icrasının məbləğləri aşağıdakı qaydada təsdiq edilsin:

Xərclərin istiqamətləri

2.1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsindəki cədvəlin 1.14-cü və 2.6.1.1-ci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;2. Müəyyən edilsin ki:

2.2. həmin Qanunun 2-ci maddəsindəki cədvəlin 1.14-cü bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu, 2.6.1.1-ci bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.

***

Prezident İlham Əliyev M.F.Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir