Gündəm Sosial

Bakıda yararsız halda olan bina söküldü – Fotolar+Video

Sharing is caring!

Bakının Nərimanov rayonunda yararsız halda olan bina sökülüb.

“Qafqazinfo” xəbər verir ki, paytaxtın Nərimanov rayon ərazisində A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız, yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı üçün bu qərar verilib.

Qeyd edək ki, məsələ ilə bağlı yol polisi sürücülərə xəbərdarlıq edib. Bu gün saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətində əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilib.

Fotolar və video: Müzəffər İsmayılov

Həmçinin oxuyun: Bakıda bina söküntüsünə görə bu yol bağlanır – Xəbərdarlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir