Gündəm

Bakıda orqanik məhsullar festivalı keçirilir

Sharing is caring!

Bu gün Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) işə başlayıb.

Unikal.org xəbər verir ki, ilk dəfə keçirilən bu tədbir iyunun 23-dək davam edəcək.

Festivalda 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunur.

Tədbirin təşkilatları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir