Gündəm

İmam Hüseyni təhqir etməklə Dini Dövlətin üstünə qaldıran sərsəm professor

Sharing is caring!

Professor Əli Nağıyevin internet qəzetlərindən birində yayımlanan müsahibəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əli Nağıyev cəmiyyətdə qarşıdurma yaradacaq qədər təhlükəli fikirlər səsləndirib. Onun dinə aid olamayan və lakin din adından səsləndirdiyi fikirləri bir qədər sonra cavablandıracam.

 

 

Əli Nağıyev “Siyasətçi və din” rubrikasında danışıb. Məlum saytın həyata keçirdiyi rubrika yanlış və cəmiyyət üçün təhlükəlidir. Çünki bu rubrikanın məqsədi İslam dininin əsas məzhəblərindən hesab olunan şiə məzhəbinə qarşı xoşagəlməz və təhqir dolu fikirlər səsləndirməklə cəmiyyətdə dini qarşıdurma yaratmaqdır. Azərbaycanda dövlət başçısı səviyyəsində dini tolerantlığın təbliğ olunduğu bir dönəmdə belə layihələrin həyata keçirilməsi kimə lazımdır və kimin planıdır, anlamaq olmur. Bir qədər əvvəl də, siyasətdə uğur qazanmayan partiya sədrlərindən biri arzuolunmaz fikirlər səsləndirmişdi. Qeyd etmək istəyirik ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Bütün hüquqi sturukturları da fəaliyyətdədir. Dini camiədə bölücülük siyasəti yürütmək, hansısa tərəfi ağır ittihamlarla suçlamaq, “dindarları gözdənsalma” kampaniyası aparmaq dövlətimiz və xalqımız üçün heç də yaxşı hal deyil. Yaxşı olar ki, aidiyyatı qurumlar bu barədə düşünsün və araşdırma aparsın. Ən azı ölkədə sabitliyi pozmağa cəhd elementləri, dini qarşıdurma yaratmaq istəkləri qeyd etdiyim hər iki müsahibədə açıq görünür.
Ümidvaram ki, həmin sayt da yanlışlığını anlayacaq və qarşıdurma yarada bilən layihələrinə son qoyacaq.
İndi isə Əli Nağıyevin fikirlərini cavablandıraq. Əli müəllim adının qarşısında professor yazdırmış şəxsdir. Eyni zamanda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (1996-2006), Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (2006-2011), Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi (2009-2011). Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri və partiya sədrinin keçmiş müavini olub. Bu titulları ona görə sadaladım ki, dövlətin güclənməsi, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi və cəmiyyətin saflaşması üçün Əli Nağıyevin də rolu və məsuliyyəti olub. Bu məsuliyyəti və vəzifəni necə icra etməsi isə göz önündədir.
İndi isə bizim bu düşüncəsiz, səviyyəsiz professora dünya məşhurlarının İmam Hüseyn haqqında söylədikləri fikirlərini çatdırmağı özümüzə borc bildik.
Mahatma Qandi
“Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən örnək alıb onun yolu ilə getsin”.

Çarlz Dikkens

“Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, O, yalnız İslam yolunda bu fədakarlığı etmişdir”.

Tomas Karleyl

“Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn və onun silahdaşlarının Allaha necə möhkəm bir imanla bağlanmalarını görürük. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir”.

Edvard Braun

“Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmasın? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.”

Marbini

“Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.”

Moris Dokberi

“Əgər tarixçilərimiz Aşuranın həqiqətini bilib dərk etsəydilər, bu əzadarlığı məcnunluq kimi qiymətləndirməzdilər. Çünki Hüseynin (ə) davamçıları onun vasitəsilə bilirlər ki, xarlıq, əskiklik, istismar və məzlumluq qəbul edilməzdir”.

Doktor İsmail Mücab

Mərhum doktor Hindistanda gördüyü bir hadisədən danışır:

“Hindistandakı bütpərəstlərin bəzilərinin İmam Hüseynə əqidələri olduğundan məhərrəm ayında müsəlmanlar kimi əzadarlıq edib sinə vururdular. Bəziləri belə məclislərə maddi köməklik də göstərirdilər. Bir bütpərəst sağlığında həmişə əzadarlıq məclislərində sinə vururdu. Öləndən sonra öz adətləri üzrə yandırıldı. Od sönəndən sonra gördülər ki, onun bədəni külə dönüb, yalnız sağ əli ilə sinəsi yanmayıb. Yaxın qohumları onun sinəsini və əlini gətirib dəfn etdilər və dedilər ki, bunlar sizin Hüseynə aiddir.”
Sonda bütün aidiyyatı qurumlardan bu sərsəm professor barədə ölçü götürülməsini tələb edirik. Və bildirmək istəyirik ki, nə qədər ki, Şiə məzhəbinin təhqir olunmasına islam dövlətləri xüsusilə İran İslam Respublikası sərt təpki verməyib bu şərəfsiz professor cəlandırılsın. Biz Azərbaycan Respublikasının böyük dövlətlərlə hər hansısa həddini bilməz , düşüncəsiz birinə görə münaqişəyə girməsinə heç cürə yol verə bilmərik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir