Gündəm manset

Mirismayıl Xələfli: “Mən narkomaniyanı təhqir etmişəm, Aydını yox! Allah ona rəhmət etsin”

Sharing is caring!

Xeberal.az xəbər saytının baş redaktoru Mirismayil Xələfli meyxanaçı Aydın Xırdalanlının vəfatı ilə bağlı sosial şəbəkədə “Narkoman öldüsə, bir it öldü” paylaşmına Azerbaycanrealligi.com saytına yazdığı statusla bağlı münasibətini bildirib. Baş redaktor qeyd edir ki, sosial şəbəkələrdə trolluqla məşğul olan bəzi insanlar(əgər insan demək olarsa) yazının məğzini anlamamış şəxsi maraqlarını ortaya qoyublar, söyüş və təhqirlərə başlayıblar. “Mən heç vaxt kimisə təhqir etməmişəm. Ən əsası da rəhmətə gedəni. Bu mənim tərbiyəmdən uzaq bir şeydir. Mən narkomaniyanın yaratdığı fəsatdan yazmışam. Yazmamışam ki, Aydın pis adam idi və ya pis şair idi. Hamımıza məlumdur ki, meyxanaçı Aydın Xırdalanlı hansı xəstəliyə yoluxdu və sonu necə oldu. Ola bilər Aydın gözəl sənətkar idi, savadlı idi, amma narkomaniya onu hansı vəziyyətə saldı? Biz niyə Aydına sağ vaxtı kömək edə bilmədik? Harda idik? İndi ayıldıq? Cabir Novruz yaxşı deyib, “Sağlığında qiymət verin insanlara.” Mən narkomaniyanı təhqir etmişəm, Aydını yox. Ola bilər Aydın gözəl sənətkar idi, amma yoluxduğu virus xəstəliyi onu bizdən aldı. Bunun üçün biz narkomaniyanın qarşısını almaq üçün dövlətimizə dəstək olmalıyıq ki, gələcəkdə bu fəsadlar bizi gözləməsin. Yazımı düzgün analiz edin, şəxsi prinsipləri qoyun kənara. Allah Aydına rəhmət etsin, yerində qalanlara can sağlığı versin. Çalışaq ki, övladlarımızı vaxtında narkomaniyadan qoruyaq. Narkomaniya əsrin bəlasına çevrilməməli. Biz hamılıqla bu virusa qarşı mübarizə aparmalıyıq,” – deyə jurnalist sonda qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir