Gündəm

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində

Sharing is caring!

Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsinə dair Prezident Memorandumu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Bu barədə “Habertürk” xəbər yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən memorandumda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığa işarə edilib.

“Razılaşmaya əsasən, atəşkəsə nəzarət üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi ilə Türkiyə və Rusiya Mərkəzdə birgə iştirak etmək barədə razılığa gəliblər”, – deyə sənəddə vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir