Gündəm manset

ÜST-dən ölkəmizdə karantinin uzadılmasına – Reaksiya

Sharing is caring!

Hər bir ölkə səhiyyə sisteminə vaxt qazandıra bilmək üçün karantin rejiminin müddətini uzadır və “evdə qal” kampaniyasını davam etdirir. Eyni zamanda digər tədbirlər də görür.
Xəbəral.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycanda xüsusi karantin rejiminin aprelin 20-dən mayın 4-dək uzadılmasına münasibət bildirərkən deyib.
ÜST rəsmisi bildirib ki, vacib məsələlərdən biri potensial virus daşıyıcılarının hər birini müayinədən keçirmək və onları karantinə götürməkdir:
“Virus daşıyıcıları ilə təmasda olan şəxslər də karantinə götürülməli, cəmiyyətdən təcrid olunmalıdır. Əgər bunları etsəniz, ölkənizdə yoluxmanın qarşısını ala və pandemiyanı dayandıra bilərsiniz. Əlbəttə, demək asandır, tətbiq etmək çətin. Məhz buna görə bütün cəmiyyətlər virusun yayılmasının qarşısını almaq məqsədi ilə birgə fəaliyyət göstərir və çətin dövrdən keçdiklərini qəbul edirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir