Fəzail Ağamalının seçicilərlə görüşünün yeni mərhələsi başlandı O, Parça – Xalac və Çuxanlı kənd inzibati ərazilərində torpaqlarımızın bütovlüyü uğrunda şəhid olan igid vətən övladlarının məzarlarını ziyarət etdi və onların ailələri və kənd sakinlərilə çoxsaylı görüşlər keçirdi. Şəhid ailələrinin və kənd sakinlərinin istək və təklifləri diqqətlə dinlənildi. Səmimiyyətlə qarşılanıb yola salınan Fəzail Ağamalı daha sonra seçicilərlə görüşdə dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli liderimizin yaninda olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi. Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib,qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda uğurlar arzuladılar.
Oxşar Xəbərlər
Avropa çempionatında üç medal qazanan qadın güləşçilərimiz Vətənə qayıdıblar – FOTO
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanan Azərbaycanın qadın güləşçiləri Vətənə qayıdıblar. Oxu.Az xəbər verir ki, 83 xalla komanda hesabında dördüncü yeri tutan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar. Qeyd edək ki, Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə […]
Metyu Brayza: “Sülh müqaviləsi əlçatan görünür və çox güman ki, tezliklə bağlanacaq”
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əlçatan göründüyünü hesab edir. “Report”a açıqlamasında ekspert tezliklə sülh müqaviləsinin bağlanacağını güman etdiyini deyib. Bununla belə keçmiş səfir sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin həlli üçün hələ çoxlu danışıqlar aparılmasına ehtiyac olduğunu deyib. “Sərhədlərin demarkasiyası ilə tarixin hansı […]
Bayden uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün konqresdən 2,2 milyard dollar istəyib
ABŞ Prezidenti Co Baydenin administrasiyası “Rusiya mənbələrindən asılı olmamaq” üçün uranın zənginləşdirilməsi potensialının artırılması üçün konqresdən 2,2 milyard dollar istəyib. Bu barədə Ağ Evin yaydığı sənəddə deyilir. Orada, 2024-cü maliyyə ili üçün (ölkədə oktyabrın 1-də başlayan) icra hakimiyyəti “energetika sektorunda ABŞ təhlükəsizliyini və müstəqilliyini” təmin etmək üçün ABŞ qanunvericilərindən altı milyard dollar tələb edir. Bu vəsaitin […]