Gündəm manset

HƏRBİÇİNİ HƏYAT YOLDAŞINA HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİNDƏN ŞAD XƏBƏR

Sharing is caring!

XəbərAl.az Djb.az-a istinadən xəbər verir ki, Sentyabr ayının əvvəllərində Hərbiçinin həyat yoldaşı sosial şəbəkədə hər kəsədən ekiz övladlarının yaşaması üçün kömək istəmişdi.
17.12.2016 -cı il təvəllüdlü Cəfərob Həsən Daşdəmir oğlu, 17.12.2016-cı il təvəllüdlü Cəfərov Hüseyn Daşdəmir oğlu kəskin ürək çatışmamazlığından əziyyət çəkdiklərini və 3 yaşlı körpələrin günü-gündən vəziyyətinin ağırlaşması ilə bağlı məlumat yayımlamışdıq.
Uşaqların anası Cəfərova Rəmziyyə Cahil qızı 06.09.2019-cu il Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etdi və 23.09.2019 cu il tarixində çox sevindirici bir xəbər aldıq. Çox qısa zaman kəsiyində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərbiçinin
uşaqların müalicəsinin təmin olunması və ailənin problemlərinin həll olunması qərarını vermişdir.
XəbərAl.az xəbər verir ki, Djb.az saytının əməkdaşları  M.Əliyevaya və Heydər Əliyev fondunun əməkdaşlarına və bu işdə əməyi olan,
İki azyaşlı uşaqların yaşaması üçün addım atan, ailəyə düzgün yol göstərən hər kəsə təşəkkürlərini bildirib. Allah savab əməlinizi axirətdə yolunuza çıraq etsin.Almaz İlahə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir