Gündəm manset

“Qarabağ”ın oyununda təxribat törədənlərin – Fotosu

Sharing is caring!

“Qarabağ” “Düdelanj” matçında təxribat törədənlərin görüntüsü yayılıb.

XəbərAl.az  xəbər verir ki, təxribatçıların görüntüsünü Ermənistan futbol yığmasının azarkeş qrupu olan “First Armenian Front” öz Feysbuk səhifəsinda paylaşıb. Onların dörd nəfərdən ibarət olduğu müəyyən edilib.

Göründüyü kimi, əllərində bayraq adına əski parçası və dron tutan dördlüyün təxribata əvvəlcədən hazırlaşdıqları üzə çıxır.

Qeyd edək ki, dünən “Qarabağ”- “Düdelanj” oyunu zamanı meydançaya dronla “dqr”in bayraq adına əski parçası endirilib. Buna Azərbaycan azarkeşləri və “Qarabağ”ın futbolçuları sərt etiraz ediblər. Nəticədə oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Lüksemburqun İdman naziri futbolçularımızdan baş verənlərə görə üzr istədikdən və törədilən təxribatın təşkilatçılarının yaxalanacağı vədi verməsindən sonra oyun davam etdirilib.Təxribatı isə “First Armenian Front” fanat qrupunun Belçikadakı üzvlərinin törətdiyi bəlli olub. Maraqlı məqam odur ki, təxribatın törədilməsindən bir neçə dəqiqə öncə “First Armenian Front” səhifəsində təxribat törədiləcəyi ilə bağlı “FAF-ın Belçikadan olan üzvləri Qarabağın oyununa sürpriz hazırlayıblar. Oyuna baxmağı məsləhət görürük” sözləri ilə xəbərdarlıq yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir