Dünya manset

Kanadada baş verən atışmada bir nəfər ölüb

Sharing is caring!

Kanadanın Missisoqa şəhərində baş verən atışmada bir nəfər ölüb, dörd nəfər yaralanıb.

XəbərAl.az “TASS” a istinadən xəbər verir ki, bu barədə “CBC” kanalı məlumat yayıb.

İnsident şənbə gecəsi şəhərin, küçələrin birində baş verib. Hadisə yerinə gələn polislər bir nəfərin meyitini və dörd yaralı şəxsi aşkar ediblər. Yaralılardan ikisi yeniyetmə, biri isə qadındır.

Bir neçə nəfər barəsində axtarış elan edilib, lakin hüquq mühafizə orqanları atəş açanların dəqiq sayını açıqlamayıblar. Hadisə baş verən ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir