Dünya

“Top Gun: Maverick”dən daha bir rekord

Sharing is caring!

“Top Gun: Maverick” filmi yenidən rekord vurub.

Bu dəfə Tom Kruzun baş rolu ifa etdiyi film yayımlandığı ilk həftədə ABŞ-da ən çox baxılan rəqəmsal reliz olub.

Film avqustun 23-də onlayn platformalarda efirə çıxıb.

Qeyd edək ki, film hazırda tarixdə ən çox satılan 20 rəqəmsal reliz arasındadır. O, həmçinin ABŞ-da “Amazon” və “Vudu” platformalarında satış rekordları qırıb. Xatırladaq ki, “Top Gun: Maverick” 1986-cı ildə ekranlara çıxan Toni Skottun orijinal “Top Gun” filminin davamıdır.

Hazırda o, dünya üzrə 1,4 milyard dollar gəlir əldə edib və bu kateqoriyada altıncı yeri tutur.

Bundan əlavə, layihə həm də Tom Kruza 1 milyard dollardan çox gəlir gətirməklə aktyorun karyerasında ən gəlirli film olub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir