Dünya

“Qarabağ”ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Sharing is caring!

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan “Olimpiakos”u daha bir ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır.

Ellada təmsilçisinin sahibi Evangelos Marinakis İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Tyemue Bakayokonu komandada görmək istəyir.

Fransalı oyunçu hazırda icarə əsasında İtaliyanın “Milan” komandasında çıxış edir.

Qeyd edək ki, “Olimpiakos” daha əvvəl “Real Madrid”in sabiq futbolçusu Marselonu transfer edib. “Qarabağ” bu komandaya qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Mənbə: Sportdog.gr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir