Dünya

Ərdoğanla Putin Zaparojye AES-i müzakirə etdilər

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Görüşdə regional məsələlər, xüsusilə taxıl ixracı, Zaporojye Atom Elektrik stansiyası ilə bağlı inkişaflar, həmçinin Türkiyə-Rusiya əlaqələri müzakirə edilib.

Ərdoğan Türkiyənin taxıl müqaviləsində olduğu kimi Zaporojye Atom Elektrik Stansiyasında da yardımçı rol oynaya biləcəyini bildirib.

Liderlər Akkuyu Atom Elektrik Stansiyasının tikintisinin planlaşdırıldığı kimi davam etməsi ilə bağlı qərarlı olduqlarını bir daha bəyan ediblər.

Dövlət başçıları sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə bağlı Səmərqənddə görüşəcəkləri zaman gündəmlərində olan digər məsələlərlə yanaşı, bütün bu məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir