Dünya manset

Prezident vətəndaşlara çağırış etdi: “Rüşvət istəyən məmurları güllələyin”

Sharing is caring!

Filippin Prezidenti Rodriqo Duterte vətəndaşlara müraciət edərək, onlardan rüşvət tələb edən məmurların güllələnməsinə icazə verdiyini bildirib. Ancaq bir şərtlə ki, onları öldürməsinlər.

XəbərAl.az xəbər verir ki, Duterte deyib:

“Əgər siz vergiləri, rüsumları, gömrük rüsumlarını və sair ödəmələri ödəyirsinizsə və bu axmaqlar sizdən rüşvət tələb edirlərsə, onları vurun. Əgər sizin silahınız varsa, onları güllələyə bilərsiniz. Amma onları öldürməyin. Çünki əks halda məhkəmə zamanı əfv olunmaya bilərsiniz”.

Prezident korrupsionerlərin ayağına atəş açmağı təklif edib. Deyib ki, əks təqdirdə korrupsioner məmuru güllələyən vətəndaş ciddi cismani cəza alacaq, ancaq həbs olunmayacaq.

R.Duterte bundan əvvəl vətəndaşlığından asılı olmayaraq, narkotik alverçilərinin “başlarını kəsməyə” hazır olduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir