Dünya manset

Belarusu kiminsə qarışdırmasına izn verməyəcəyik – Lukaşenko

Belarusdakı parlament seçkisi gələcəkdə baş tutacaq prezident seçkisinin məşqidir.

XəbərAl.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Belarusu kiminsə qarışdırmasına izn verməyəcəyini bildirib:

“Mən artıq demişəm ki, biz imtahan verməyə başlamışıq. Bizə seçkiqabağı təşviqat dövrünü rahat keçirməyə imkan vermirlər. Biz gərək hər şeyi olduğu kimi keçirək. Ölkənin qarışdırılmasına izn verə bilmərik”.