Dünya manset

“Rus NATO-su”nun Bakıya münasibəti… – Borisov açıqladı

Sharing is caring!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun alınması təkcə Azərbaycana aid deyil.

XəbərAl.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.

“KTMT hər zaman SSRİ-nin keçmiş respublikalarıyla əməkdaşlığı alqışlayacaq. Biz nə zamansa vahid ailə olmuşuq. Bizim ortaq olan çox şeyimiz var. Bütün KTMT ölkələri və xüsusən də Azərbaycanla hərbi-texniki əməkdaşlıqla bağlı çox balanslı və düşünülmüş siyasət aparırıq”, – deyə o bildirib.

Borisov, həmçinin, Rusiyanın Qarabağ konfliktinin alovlanmasında maraqlı olmadığını deyib.