Dünya

Yamaykalı milyarderin super lüks yaxtası Bodrum sahillərində görüntüləndi – VİDEO

Sharing is caring!

Yamaykalı milyarder Maykl Li Çinə məxsus olduğu deyilən super lüks “Ahpo” yaxtası Muğlanın Bodrum səmtində lövbər salıb.

115 metr uzunluğu və 18 metr eni olan super lüks yaxta keçən il Almaniyada inşa edilib.

300 milyon dollar dəyəri olduğu iddia edilən yaxta möhtəşəmliyi ilə diqqət çəkib.

“Ahpo” dünyanın ən böyük super yaxtaları arasında 47-ci yerdədir. Yaxtanın 71 yaşlı yamaykalı milyarder Maykl Li Çinə məxsus olduğu öyrənilib. “Forbes” jurnalının məlumatına görə, yamaykalı milyarder 1 milyard 700 milyon dollar sərvətə sahibdir.

Milyarderin özünün isə yaxtada olub-olmadığı məlum deyil.

Üst quruluşu və gövdəsi polad və alüminiumdan olan “Ahpo”nun 7 kabinəsi var və 14 qonağı qəbul etmək həcmindədir. Yaxta rəqs meydançası, gözəllik salonu, kinoteatr, spa, lift, sualtı işıqlar, çimərlik klubu və idman kimi imkanlar təklif edir. Həmçinin yaxtada helikopter meydançası da var.

Super lüks yaxtanın Bodrumda nə qədər qalacağı məlum deyil.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir