Dünya

Rusiyalı cütlük adlarını Ancelina Coli və Conni Deppə dəyişdilər – FOTO

Sharing is caring!

Sankt-Peterburqdan (Rusiya) olan rəssam İqor Rektor və psixoloq Yekaterina Kirpiçnikova adlarını Ancelina Coli və Conni Deppə dəyişiblər.

Onlar toylarının sədası daha uzağa getsin deyə adlarını Hollivud ulduzlarının adları ilə əvəz ediblər.

“Prinsipcə, Conni Depp və Ancelina Coli ən məşhur sənətçilərdəndirlər, onlar dəfələrlə birlikdə oynayıblar və mənə elə gəlir ki, onların qismətində birlikdə olmaq var. Dəyişib-dəyişməyəcəyik – hələ deyə bilmərik.

Ümumiyyətlə, hamı müsbət reaksiya verdi. Bizim kifayət qədər ağıllı ətrafımız var, hamı özünü inkişaf etdirir, bəzilərinin uğurlu biznesləri var. Hamısı bu fikri dəstəklədi”, – deyə rus Coli bildirib.

Onlar gələcək uşaqlarına slavyan adı vermək istəyirlər: məsələn, Yeva və ya Damir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir