Dünya manset

Putinlə dostluğumuzun əsasında bu dayanır – Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə birbaşa ünsiyyəti yüksək qiymətləndirdiyini açıqlayıb.

XəbərAl.az xəbər verir ki, bu barədə Netanyahu RBK nəşrinə müsahibəsi zamanı bildirib.

“Ölkələrimiz arasında Suriya ilə bağlı fikir ayrılıqları yarana bilərdi, ancaq Putinlə sıx əməkdaşlıq sayəsində bunun qarşısı alındı. Bu koordinasiya yalnız bir-birimizə hörmət etdiyimiz üçün mümkün oldu. Bizim dostluğumuzun əsasında hörmət dayanır”, – Netanyahu bildirib.